“Rusiya bizə pulsuz silah verib“ – Akopyan
“Rusiya bizə pulsuz silah verib“ – Akopyan
“Rusiya hər zaman Ermənistana dəstəyini göstərib. Hətta bizə silah satmaqla bərabər, yaxşı silahları pulsuz verib. Paşinyan düz danışmalıdır, o hər şeyi yaxşı bilir. Bu məsələləri silah alandan soruşmaq lazımdır. Başqa ölkələr də güvəndikləri şəxslərə silah satırlar, Nikol Paşinyan bu barədə düşünməlidir. Həmin dövlətlər artıq Ermənistana etibar etmirlər”,- deyə o bildirib.
Qeyd edək ki, Nikol Paşinyan hökumətin iclasında bildirib ki, “Azərbaycan müxtəlif ölkələrin, hətta müttəfiqimizin Ermənistana silah verməsinin qarşısını almağa çalışır”.
“Onlar Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar. Bizdə belə hallar var ki, silah üçün 100 milyon dollar ödənilib, lakin Ermənistana tədarük etmirlər”, – Paşinyan bildirib./Modern.az