Nədən insanlar gənc yaşlarında xərçəng xəstəliyinə tutulur? – ARAŞDIRMA
Bu hal 1990-cı illərdə müəyyən növ məhsulların meydana çıxması və həyat tərzinin dəyişməsindən sonra başlanıb.
Onkoloji xəstəliklər bəşəriyyəti bütün tarix boyu müşayiət edib. Yeni tədqiqat göstərir ki, 1990-cı ildən dünyada 50 yaşdan aşağı xəstələrin sayı artıb. Hətta tibb texnologiyalarının nailiyyətləri bu meylin qarşısını almağa kömək etmir.
Tacxeber.az xəbər verir ki, bu barədə “Ynet” nəşri yazıb.
“Biz bu nəticəyə gəlmişik ki, nəsildən-nəsilə bu risk artır”, – bunu “Nature Reviews Clinical Onkology” jurnalında dərc edilən tədqiqat müəlliflərindən biri, Bostonda Brigham & Women’s xəstəxanasının patoloq və epidemioloqu Sedzi Ocino deyib.
Məsələn, 1960-cı il təvəllüdlü insanlarda onkoloji xəstəliklər riski 1950-ci ildə doğulanlardan daha yüksəkdir və növbəti nəsillərdə artır”.
Məlumdur ki, müasir cəmiyyətdə onkoloji xəstəliklər artır. Alimlər müəyyən edib ki, ötən əsrin 40-50-ci illərindən başlayaraq 50 yaşdan artıq yaşlı insanlarda xəstələnmə halları artıb.
İndiki tədqiqat bir suala cavab verib: 50 yaşınadək xərcənglə erkən xəstələnmə artırmı?
14 növ şiş xəstəliyi-döş vəzisi, yoğun bağırsaq, uşaqlığın selikli qişası, qida borusu, öd yolları, öd kisəsi, baş və boyun, böyrəklər, qaraciyər, sümük iliyi, mədəaltı vəz, prostat vəz şişlərilə xəstələnmə halları öyrənilib.
Bütün bu növ şişlər 50 yaşdan aşağı olanlarda 2000-2012-ci illərdə artıb.
Nəticələr göstərib ki, 90-cı illərə nisbətən vəziyyət pisləşib.
“XIX əsrin sonu-XX əsrin əvvəllərində doğulan insanlarda yoğun bağırsaq xərçəngi ilə xəstələnmə 1950-ci illərdə artmağa başlayıb,
XX əsrin ortalarında doğulanlarda meydana çıxan xərçəngin erkən növünün yayılması 1990-cı illərədək artmayıb”, – tədqiqatçılar iddia edib
Nədən xərçəng cavanlaşıb?
Bunun sirri qidalanmada və həyat tərzindədir
Sual olunur: 50 yaşlı insanlar üçün 1990-cı illərdən sonra nə dəyişib ki, erkən onkoloji xəstələnmə artıb?
Səbəblərdən biri müntəzəm müayinələrin sayının artmasıdır, bu da şişlərin erkən müəyyən edilməsi hallarının artmasına gətitib çıxarıb.
Lakin bu, fenomenin tam izahı deyil, çünki erkən diaqnostika və müasir müalicə məqsədilə sağlam adamların müntəzəm müayinələr keçirilməyən ölkələrdə də erkən xəstələnmə müşahidə edilir.
Bundan başqa, onkoloji xəstələnmənin artması ötən əsrin ortalarına düşür ki, indi 40-60 yaşı olanlar o zaman uşaq olub.
Sirr deyil ki, o zamandan həyat tərzi, xüsusilə dərin emaldan keçən məhsulların meydana çıxmasından sonra əhəmiyyətli dərəcədə dəyişib.
“Xəstələnmə halları artan 14 növ şişdən 8-i həzm orqanları ilə bağlıdır, – bunu Harvard universitetinin tibb fakultəsinin epidemioloqu Tomotaka Ohay deyib. – Qidalanma bağırsaq mikrobiomuna təsir edir və bu dəyişikliklər xəstələnmə riskini artıra bilər”.
Digər risk amilləri-şirin içkilər, 2-ci tip diabet, piylənmə, az hərəki və oturaq həyat tərzi və spirtli içkilərdən sui-istifadə halları-bu amillərin təsiri ötən əsrin ortalarından artmağa başlayıb.
Yaşlı insanların yuxu müddəti son onilliklərdə əhəmiyyətli dəyişıkliklərə məruz qalmayıb, lakin uşaqlar əvvələrə nisbətən daha az yatmağa başlayıb.
“Erkən şişlə xəstələnmə gəlirləri orta və aşağı olan insanlarda artır və əsl epidemiya xarakteri alır”, – alimlər yazıb.
Tədqiqat qrupu gələcəkdə erkən yaşdan başlayaraq uşaqlara çoxillik müşahidələr aparmaq ümidilə işini davam etdirib.
“Belə təqiqatlar olmadan on illər öncə onkoloji xəstənin uşaq olarkən həyat tərzinin necə olduğunu anlamaq çətindir. Ola bilsin ki, biz insanları erkən illərdə onkoloji xəstələnmənin erkən riskini azaltmaq üçün sağlam həyat tərzi keçirməyə inandırmaq mümkün olacaq. Lakin hazırki vəziytətin necə yarandığını anlamaq üçün hələ böyük işlər görmək lazım gələcək”, – Ohay deyib./Moderator.az