• 19 İyun 2024 07:21

Siyavuş Novruzov orduya yazılıb: “Kifayət qədər döyüş təcrübəm var”

Siyavuş Novruzov orduya yazılıb: “Kifayət qədər döyüş təcrübəm var”

Siyavuş Novruzov orduya yazılıb: “Kifayət qədər döyüş təcrübəm var”

Tacxeber.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlamasında S.Novruzov könüllü cəbhəyə yazıldığını təsdiqləyib.

O, bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda hər zaman ermənilərlə döyüşə hazırdır:

“Mən Tovuz döyüşlərindən sonra iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi qaydada müraciət etdim. Baxmayaraq ki, mən Milli Məclisin üzvüyəm, komitə sədriyəm, amma mən könüllü olaraq vətənin müdafiəsi üçün döyüşə getməyə hazıram. Kifayət qədər döyüş təcrübəm var. O baxımdan da, bugünkü gün də lazımdırsa, vətən uğrunda döyüşlərdə iştirak etməyə hazıram”.

Millət vəkili əlavə edib ki, 44 günlük Qarabağ döyüşü  Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb:

“Cənab prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı bu 44 gün ərzində demək olar ki, həm müharibənin gedişi ilə əlaqədar olaraq orduya bilavasitə rəhbərlik etdi.Həm beynəlxalq aləmdə Azərbaycana əlehinə olan dünya dövlətlərinə qarşı, həm də ayrı-ayrı xarici televiziyalarda çalışan məkrli jurnalistlərə qarşı Azərbaycan xalqının qətiyyətli mövqeyini ortaya qoydu.Ölkə başçısı  Azərbaycanın maraqlarını ən yüksək şəkildə təmsil etdi. Cənab Prezident ermənilər tərəfindən Azərbaycan torpaqlarının  işğal edilməsinə bir dəfəlik son qoydu. BMT-nin 4 qətnaməsini demək olar ki, Azərbaycan özü yerinə yetirdi.

Tacxeber.az

Oxşar xəbərlər