TƏHLİL: İranın bölgədəki iqtisadi maraqları risk altındadır?
Qonşular arasında qarşılıqlı əlaqələrin inkişafı fonunda İranın maraqlarına təhlükə var. Bölgədə son aylarda baş verənlərin təhlili göstərir ki, İranın geoiqtisadi maraqları Azərbaycan və Qazaxıstan arasında logistika sahəsində əməkdaşlığın kölgəsində qalıb.
Digər tərəfdən, Ukrayna böhranına rəğmən Türkiyə, BƏƏ və Hindistanın Rusiya ilə əlaqələrinin intensivləşməsi İranın bu ölkələrdə, xüsusilə Hindistan və Rusiyadakı maraqlarını təhlükə altına qoyub.
Daha öncə “Donya-ye Eqtesad” saytı da İranın regionun digər ölkələri ilə müqayisədə bu böhrandan yararlana bilmədiyini qeyd etmişdi. İndi isə İran Ticarət Palatasının araşdırma mərkəzi tərəfindən bölgədəki hadisələrin monitorinqi göstərir ki, Ərdoğan Putinlə “qazan-qazan” prinsipli oyun aparır. (“Azad İran” teleqram kanalı)