Bu meyvə xərcəngdən qoruyur və beyinin işini yaxşılaşdırır…
“Üzüm immuniteti möhkəmləndirir, ürək xəstəliklərindən qoruyur, sümükləri sağlam saxlayır…”
Çoxlu enerjiyə və selülozaya malik olan üzüm meyvəli bitkilərin ən müxtəlif növlərindən biridir.
Bu heyrət doğuran meyvə bir çox cəhətdən, baş beynin sağlamlığının saxlanılmasından həzm sisteminədək faydalıdır.
Tacxeber.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye” nəşri yazıb.
Müntəzəm istifadə edilərsə, xərçəngdən qoruyur və xərçəng hüceyrələrini məhv edir.
Bunu qidalanma və pəhriz üzrə mütəxəssis Tuba Ornek qeyd edib. Ekspert üzümün başqa faydalı xassələri barədə də danışıb.
Meyvə-tərəvəz orqanizmi xəstəliklərdən qoruyur və immun sistemini möhkəmləndirir. Üzüm immunitetin möhkəmlənməsinə kömək edən çox güclü antioksidantlar mənbəyidır.
“Üzüm vitaminlər və kaliumla zəngindir, habelə streslərdə müsbət təsir göstərir, – Tuba Ornek deyib. – Bununla yanaşı, baş beynin sağlamlığı barədə tədqiqatlara görə, üzüm Altsheymer və Parkinson xəstəliklərinin inkişaf riskini azaldır.
Üzümdən mövsüm zamanı müntəzəm istifadə edilməsi möhkəm immunitet və ayıq zəka üçün vacibdir”.
Hüceyrələri qoruyur, baş beynin xəstəliklərinin qarşısını alır
Üzüm özünün qıda dəyərinə görə sağlamlıq üçün çox faydalıdır. Bu meyvə mövsümündə müntəzəm istifadə edildikdə baş beyinə müsbət təsir göstərir.
Vitamin və minerallarla zəngin olan bu möhtəşəm meyvə baş beyni bir çox xəstəliklərdən qoruyur, Tuba Ornek deyir.
“Yaşla bağlı baş beynin Altsheymer və Parkinson xəstəliklərinin inkişaf riskini azaldır. Bununla yanaşı, hüceyrə quruluşuna təsir edir, hüceyrələri qoruyur və ömrü müddətinin artması ilə bağlı olan SirT1 genini stimullaşdırır”, – ekspert əlavə edir.
Xərçəngin imkişaf riskini azaldır
Bunlarla yanaşı, üzümün aşağıdakı xassələri var:
– müntəzəm və balanslı istifadə edilərsə, xərcəng hüceyrələrinin inkişafının qarşısını alır;
– tərkibində olan aktiv maddələr xərçəngdən qoruyur. Üzüm orqanizmdə iltihabı azaldır, koqnitiv, davranış və biokimyəvi zədələnmələrin qarşısını alır;
– üzümün tərkibində kalium azdır, bu da arterial təzyiqi optimal səviyyədə saxlayır və ürək xəstəliklərindən qoruyur;
– tərkibində olan K vitamini, kalsium, maqnezium və kalium mineralları sümüklərin sağlamlığına müsbət təsir göstərir;