• 14 Oktyabr 2024 22:54

II Elizabetin tabutunu daşıyan gənc qəfil vəfat etdi – FOTO

Londonda Böyük Britaniya kraliçası II Elizabetin tabutunu daşıyan on səkkiz yaşlı əsgərin cəsədi tapılıb.

Yaxınlarının dediyinə görə, Cek Bernel-Uilyams sentyabrın 19-da dəfn mərasimini müşayiət edib və iki həftə sonra ölü tapılıb.

Polis əməkdaşları gənc britaniyalının ölümünü gözlənilməz hesab edirlər. Eyni zamanda, qeyd edirlər ki, onun qəfil ölümündə şübhəli heç nə yoxdur.

Gəncin ailəsi Cekin “kraliçanı son səfərində müşayiət etmək üçün seçilməsindən” qürur duyduğunu bildirib. (Lenta.ru)

 

Tacxeber.az

Oxşar xəbərlər