• 27 İyul 2024 04:47

Ayətullah Xamnəi tədbirə qatılmaqla şayiələri alt-üst etdi

Bu gün İranın Ali dini lideri Ayətullah Xamnəi yenidən ictimaiyyət qarşısına çıxıb.

IRNA-ya istinadla xəbər verir ki, o, İmam Həsən Müctəba adına Zabit və Polis Hazırlığı Universitetində müdavimlərin buraxılış mərasimində iştirak edib.

Xatırladaq ki, Əli Xamnəi İran Konstitusiyasına əsasən, Silahlı Qüvvələrin ali baş komandanı sayılır.

Bir müddətdir ki, İran liderinin səhhəti ilə bağlı möhtəkir məlumatlar dərc olunur. Onun səhhətinin ağırlaşması, hətta əməliyyat keçirməsi və cərrahi masada ölməsi ilə bağlı məlumatlar dərc olunur.

Bugünkü mərasimdə iştirak Ayətullah Xamnəinin dedi-qodular yayıldıqdan sonra ikinci dəfə ictimaiyyət qarşısına çıxması halıdır.  (Yenisabah.az)

Tacxeber.az

Oxşar xəbərlər