Azərbaycanda BÖYÜK ƏMƏLİYYAT: Mütəşəkkil dəstənin 50-yə yaxın üzvü tutuldu.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr gətirən, Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə xaricə narkotik madələr göndərməyə çalışan, onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin daha 49 nəfər üzvü saxlanılıb.