Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR – Təmas xəttində olacaqlar
Çeçenistan rəhbəri Ramzan Kadırov oğlanlarını müharibəyə göndərir.
Tacxeber.azxəbər verir ki, Kadırov bu barədə “Telegram” kanalında məlumat yayıb.
Kadırov yaxın vaxtlarda 3 oğlunun xüsusi əməliyyat zonasına gedəcəyini və onların təmas xəttinin ən çətin məntəqələrində olacaqlarını vurğulayıb:
“Əsl döyüşdə özlərini göstərməyin vaxtı gəldi və bu, onların istəyidir, mən yalnız alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən gərgin hissələrində olacaqlar”.