• 27 İyul 2024 12:19

Kanada İrana qarşı sanksiyalar tətbiq edib

Kanada İrana qarşı sanksiyalar tətbiq edib

Kanada İrana qarşı sanksiyalar tətbiq edib

Kanada bazar ertəsi insan hüquqlarının kobud şəkildə pozulmasına cavab olaraq İranın 25 fiziki və 9 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Tacxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatında deyilir.

“Kanada yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar İranda törədilən kobud insan haqları pozuntularına, o cümlədən qadınların sistematik təqibinə, o cümlədən Məhsa Əmininin ölümü ilə nəticələnən əxlaq polisinin dəhşətli hərəkətlərinə cavabdır”, – məlumatda deyilir.

Qeyd olunur ki, yeni məhdudiyyətlər İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandiri Hüseyn Səlamiyə, İİKK-nın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri İsmayıl Kaaniyə, İranın əxlaq polisinə və onun rəhbərinə, İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib və onun rəhbərlik etdiyi quruma şamil edilib.

Tacxeber.az

Oxşar xəbərlər