• 24 Aprel 2024 09:33

Azərbaycanla Ermənistan razılığa gəldi: Noyabrda sülh müqaviləsi imzalanacaq – Sensasion iddia

Azərbaycan və Ermənistan arasında 12-13 sentyabrda sərhəddə baş verən təxribatlardan sonra Cenevrədə əldə olunan razılıq yekun sülh müqaviləsinin imzalanması barəsində səslənən mülahizələri bir az da konkretləşdirib.

Azərbaycanla Ermənistan razılığa gəldi: Noyabrda sülh müqaviləsi imzalanacaq  - Sensasion iddia

Ötən gün hakimiyyətə yaxınlığa ilə bilinən “Haykakan Jamanak” qəzeti yaxın aylarda sülh müqaviləsinin imzalanacağını iddia etmişdi.

Erməni nəşrinin iddiasına görə, yekun sülh müqaviləsində Azərbaycanın Ermənistandan əsas tələbləri ərazi bütövlüyünün tanınması, Qarabağdakı “müdafiə ordusu”nun tərksilah edilməsi, habelə ermənilərin status istəklərinə son qoyulması, Zəngəzurdan dəhlizin verilməsi, delimitasiya və demarkasiya işinin 1919-1920-ci illərin xəritələrinə əsasən, aparılması və itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsidir.

Qeyd edək ki, analoji iddianı səsləndirən “Past” qəzetinin bügünkü sərlövhəli məqaləsində də Bakı və İrəvanın noyabrın birinci ongünlüyündə Brüsseldə saziş imzalayacağı ilə bağlı məlumatlar əks olunub.

Erməni nəşri hakimiyyətə yaxın mənbələrinə istinadla xəbər verib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cenevrədə keçirilən görüşün təfərrüatları barədə bu gün Aİ nümayəndələrinə məlumat verəcək.

Həmçinin, qəzet onu da vurğulayıb ki, Aİ-nın xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana son səfəri zamanı İrəvana sülh müqaviləsinin yekun mətnini oktyabrın sonunadək yekunlaşdırmağı tövsiyə edib. İddialardan ən maraqlısı isə Moskvanın artıq müqavilənin imzalanmasına xeyir-dua verməsi barədə yazılanlardır.  (Yenisabah.az)

Tacxeber.az

Oxşar xəbərlər