• 27 İyul 2024 10:28

İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var (YENİLƏNİB)

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan birinin adı məlum olub.

İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var (YENİLƏNİB)
 

“Unikal” xəbər verir ki, bu, Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Əməliyyyat zamanı icra başçısı Taleh Qaraşovun da saxlanıldığı bildirilir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.  (Unikal.az)

Seymur Əli

Tacxeber.az

Oxşar xəbərlər