• 21 Dekabr 2024 20:55

“Paşinyan ən ağıllı ermənidir” – Azərbaycanlı siyasətçi

“Paşinyan ən ağıllı ermənidir” - Azərbaycanlı siyasətçi

“Paşinyan ən ağıllı ermənidir” – Azərbaycanlı siyasətçi


“Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclası baş tutacaq.  Avropa Siyasi Birliyi liderlərinin iclasında ciddi müzakirələrin aparılacağı şübhə doğurmasa da, bölgəmizlə bağlı mühüm qərarların verilməsi ehtimalı çox azdır. Əslinə qalsa, Azərbaycanı narahat edən məsələlər barədə qərarlar artıq verilib. İndi onun icrası təmin olunmalıdır və bu qərarların icrasını ləngitmək üçün Ermənistan hakimiyyəti əlindən gələni edir. Məhz bu səbəbdən görüşdə bizim üçün mühüm əhəmiyyətə malik olan məsələ-Azərbaycan, Türkiyə və Ermənistanın əməkdaşlıq formatının yaradılması barədə razılığa gəlinməsi ehtimalı olduqca azdır”.

Tacxeber.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla sülh sazişi məsələsini müzakirə edəcəyi və müəyyən təkliflər irəli sürəcəyi əvvəlcədən elan olunmuşdu: “Baş tutacaq görüş zamanı Türkiyə liderinin erməni Baş nazirə bir çox reallıqları başa sala biləcəyi istisna olunmur. Ancaq əsas problem bu deyil. Çətinlik ondadır ki, Paşinyan başa düşdüyü, inandığı məsələləri icra etmək imkanına və qətiyyətinə malik deyil. Təəssüf ki, onun anladığı məsələləri də erməni cəmiyyəti anlamaq imkanına malik deyil. Bu səbəbdən Paşinyan qorxa-qorxa, “bir addım irəli, iki addım geri” taktikası ilə hərəkət edir, danışıqlarda verdiyi sözlərin üstündə dura bilmir. Bu davranış həm sülh sazişinin imzalanmasını, həm də delimitasiya məsələsini, Zəngəzur dəhlizinin açılması prosesini ləngidir”.

A.Səmədov əlavə edib ki, xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsinə dair razılığa gəlinməsi ehtimalı çox yüksəkdir: “Ancaq bu, o qədər də prinsipial məsələ deyil. Əsas çətinlik müzakirə olunan məsələlərlə, xüsusilə, Azərbaycanın tələbləri ilə bağlıdır və bu məsələlərdə irəliləyişlər olsa da, “Zəngəzur koridoru” məsələsində ciddi fikir ayrılığı qalmaqdadır. Azərbaycanla razılıq əldə olunmasa, Türkiyə-Ermənistan münasibətlərini nizama salmaq mümkün olmayacaq və bu barədə Türkiyə rəsmiləri dəfələrlə bəyanatlar veriblər”.

Onun sözlərinə görə, sabahkı görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı şübhə doğurmur: “Lakin yaxın müddətdə bu məsələdə razılığa gəlmək ehtimalı, demək olar ki, yoxdur. Həm erməni cəmiyyəti, həm qonşu İran və bir sıra Qərb ölkələri bu dəhlizin Ermənistanın suverenliyi altında olmasını tələb edirlər. Bu səbəbdən irəliləyişlərin olması mümkünsüzdür. İşlər ona doğru gedir ki, Azərbaycan Laçın sərhədində sərhəd və gömrük postlarını qoymaq məcburiyyətində qalacaq. Yeri gəlmişkən, 10 noyabr bəyanatında bu postların qurulmasına maneə olan heç bir müddəa yoxdur və Azərbaycan istədiyi vaxt bu addımı ata bilər. Türkiyə Prezidenti dünyada və regionda xüsusi yeri, çəkisi, nüfuzu olan bir lider kimi Praqa görüşündə Paşinyanı ağıllandıra, reallıqlara doğru addımlamağa sövq edə bilər. Ancaq Ermənistan Baş nazirinin əsas problemi bu deyil. Heç kimə sirr deyil ki, Paşinyan reallıqları anlayan və qiymətləndirməyi bacaran ən ağıllı ermənidir. Bu səbəbdən dəfələrlə ağıllı qərarlar, bəyanatlar versə də, sonradan arxasında dura və icrasını təmin edə bilmir. Üstəlik, ‘’erməni məsələsi’’ barədə   qəbul olunan qərarların icrasına erməni diasporu və erməni kilsəsi ilə yanaşı, Ermənistan və Qarabağ erməniləri də ciddi şəkildə maneə olurlar. Bu baxımdan, Paşinyan Ərdoğanla anlaşsa, üzərinə müəyyən öhdəliklər götürsə də, onun arxasında sonacan dura bilməyəcək. Ancaq onun “yedəkdə sürünməsi” uzun müddət davam edə bilməyəcəyinə görə bu ilin sonunda, yaxud gələn ilin əvvəllərində Azərbaycan-Ermənistan danışıqlarında ciddi addımların atılması tamamilə realdır. Bu addımlar atıldıqdan sonra Paşinyanın başına nələr gələcək? Şiddətli etirazlar qarşısında növbəti dəfə hakimiyyətini qoruyub saxlaya biləcəkmi? Bunu gələcək göstərəcək”.

Tacxeber.az

Oxşar xəbərlər