• 22 Noyabr 2024 20:37

“Müəllimlərin əmək haqqı 1000 manat olmalıdır“ – Deputat

“Müəllimlərin əmək haqqı 1000 manat olmalıdır“ - Deputat

“Müəllimlərin əmək haqqı 1000 manat olmalıdır“ – Deputat


“Hesab edirəm ki, müəllimlər üçün orta aylıq əmək haqqı 1000 manat olmalıdır. Müəllim ikinci valideyndir”.

Bunu “Unikal”a açıqlamasında deputat Tahir Kərimli deyib. O bildirib ki, bəzi müəllimlərin dərs saatı azdır:

“Müəllimlərin kifayət qədər iş saatları olmalıdır. Həftədə 1-2 dəfə dərs deməklə iş olmaz. Belə olanda müəllimin məktəbə marağı olmur. O zaman evdə və ya kursda şagirdləri hazırlığa cəlb edirlər. Dövlət tərəfindən məktəblərə xeyli vəsait ayrılır. Bu pullar havayı gedir. Məktəblərdə keyfiyyət çox aşağı düşüb. Ona görə də ibtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır”.

Deputat qeyd edib ki, sovet təhsili ilə Bolonya sisteminin qarışıq modelini tapmaq lazımdır:

“Biri aradan çıxdı, təzəsi gəldi, amma effekt vermədi. Müəllim şagirdi ancaq testə hazırladır. O da elə bil viktorinadır. Elə adam var ki, imtahanda iştirak edib təsadüfi cavabları işarələyib, düz çıxıb. Belə olan halda balı aşağı olan pullu ali məktəbə daxil olub. Ona görə də dərindən elm öyrədilməlidir. Bununla yanaşı, dərsliklər dəyişməlidir. Onların bəziləri çox yüklüdür, səhvlər var. Bu da uşaqlara pis təsir edir. Getdikcə problemlər daha çox genişlənir, öhdəsindən gəlmək olmur”.

Tacxeber.az

Oxşar xəbərlər