• 24 Aprel 2024 10:21

Bu rayonda KÜTLƏVİ HƏBSLƏR: 20 nəfər… – FOTO

Bu rayonda KÜTLƏVİ HƏBSLƏR:  20 nəfər... - FOTO

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumulikdə 20 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundanLent.az verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər tutulub. Onlardan ümumilikdə 1 kiloqrama yaxın müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edərək zərərçəkmiş şəxslərə 5000 manat civarında ziyan vurduqları müəyyən edilib.

Bundan başqa keçirilmiş tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 1 nəfər də müəyyən edilib və ondan “Makarov” markalı  tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır.

Oxşar xəbərlər