• 23 Noyabr 2024 02:35

Bədən dili üzrə mütəxəssis məşhur fotonu şərh etdi

 

Bədən dili üzrə mütəxəssis məşhur fotonu şərh etdi

Bədən dili üzrə mütəxəssis məşhur fotonu şərh etdi


CIBS Europe təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacınski ilə müsahibəni təqdim edir.

O, “Profaylinq sistemi-60 saniyədə insan tanıma sənəti” və “Yalana Qarşı Silah”kitablarının müəllifidir.

Bədən dili sahəsində 14 illik təcrübəyə malik olan Təbriz Hacınski bunları deyib:

“Öncəliklə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Üz mimikaları və duruşunu analiz etdikdə fəxarət və qürur hissi keçirtdiyinin müşahidə edə bilirik. Lakin Paşinyanın şəkilini analiz etdikdə onun üzündə günahkarlıq və xəcalət duyğularını keçirdiyini müşahidə edə bilirik. Profaylinq sistemi-FACS (Facial Action Colding System) Üz Əzələlərinin Kodlaşdırılması sistemində Paşinyanın üzünün analizi AU 54+ AU 42+ AU 64 daxilən gərginlik, xəcalət və günahkarlıq hissini yaşadığını görürük. Baş, çiyin  və gözlər aşağı, üz əzələlərində solğunluq, əllərinin bir-birinə möhkəm sıxması onun böyük stress yaşadığından xəbər verir. Koqnitiv nəzəriyyənin əsasən deyə bilərik ki, əgər insan günahkarlıq hissi və ya xəcalət hissi keçirirsə, bunun səbəbi beynindən keçən neqativ düşüncələrdir. Məsələn, insan etdiyi davranışların səhv olduğunu anlayır və daxilən böyük peşmançılıq hissi yaşayır, ardınca öz-özünə nifrət etməyə başlayır. Ümumilikdə bu vaxta qədər Ermənistanın baş nazirini Nikol Paşinyanın 10-dan çox analizini aparmışıq və hər zaman onun zəif, özgüvənsiz və qeyri-stabil mimikalarının şahidi olmuşuq”.\\Demokrat.az

Tacxeber.az

Oxşar xəbərlər