• 22 Noyabr 2024 23:44

Qazlı içkilər mədəaltı vəzi belə dağıdır

Qazlı içkilər mədəaltı vəzi belə  dağıdır

Qazlı içkilər mədəaltı vəzi belə dağıdır

Qazlı istənilən içki mədəaltı vəz üçün təhlükəlidir.

Tacxeber.az  xəbər verir ki, həkim toksikoloq Mixail Kutuşov bu içkilərin orqanı necə dağıtdığını açıqlayıb.

” Qazlı, şirəli içkilər orqanda iltihab yaradıb, hüceyrələri məhv edib, diabetə səbəb olur.

Şirin qazlı içkidə 5 qaşıq şəkər tozu dozası var.

Mədəaltı vəzi birdəfəyə bu qədər şəkəri qəbul etməyə hazırlanmayıb.

Bu onun gücü yetməyəcək yükdür.

İnsan hər gün belə içkilər içərsə, xroniki iltihab əmələ gəlir.

Hətta qidalanması normal və özü sağlam olan insanların belə mədəaltı vəzi şirin qazlı içkilərə tab gətirmir.

Sonrakı mərhələdə pankreatit, diabetə gətirib çıxarır.

Qazlı içkidə ortofostoran adlı komponent car, o, orqanizmdən sidiklə çıxanda özü ilə kalsiumu da yuyub aparır.

Belə içki içənlərdə erkən gənc yaşdan sümük yeyilməsi, osteoporoz əmələ gəlir.

Qazlı su kalsiumu yuyub böyrəklərə tökür, kalsium çoxluğundan böyrəklərdə daş əmələ gəlir.

Tacxeber.az

Oxşar xəbərlər