• 10 Dekabr 2024 21:29

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi: Dördü eyni kənddəndir

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi:  Dördü eyni kənddəndir

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi: Dördü eyni kənddəndir


Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Tacxeber.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

Tacxeber.az

Oxşar xəbərlər