• 27 İyul 2024 11:55

16.6 milyon dollarlıq narkotik daşıyan gəmi ələ keçirildi

16.6 milyon dollarlıq narkotik daşıyan gəmi ələ keçirildi

Britaniyanın hərbi gəmisi Ərəb dənizində 16,6 milyon dollar dəyərində metamfetamin daşıyan gəmini ələ keçirib.

Tacxeber.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Telekanalın reportajında bildirilib ki, 2019-cu ildən Yaxın Şərqdə yerləşdirilən “HMS Montrose” hərbi gəmisi 6 saat davam edən əməliyyatdan sonra saxladığı gəmidə 870 kiloqramdan çox narkotik maddəni müsadirə edib. Britaniya gəmisi Qırmızı və Ərəb dənizlərinin təhlükəsizliyini təmin edən və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə 38 dövlətin hərbi dəniz qüvvələrinin iştirak etdiyi 150 gəmidən ibarət donanmanın tərkibinə daxildir

Əməliyyatın təfərrüatından bəhs edən britaniyalı hərbçi bildirib ki, “HMS Montrose” öz göyərtəsində olan “Wildcat” helikopteri ilə narkotik maddı daşıyan gəmini aşlar etdikdən sonra dənizə freqat qayıqları çıxarılıb. Böyük Britaniya ordusunun bu cür əməliyyatlar üzrə mütəxəssisləri olan 42 komando gəmidə hər hansı qeyri-qanuni yükü axtarmaq üçün hərəkət etməzdən əvvəl dalğalı şəraitdə gəmiyə nəzarəti ələ keçirib. Axtarış zamanı onun göyərtəsindəki gizli bölmədə külli miqdarda narkotik maddə və odlu silah aşkar edilərək götürülüb.

Tacxeber.az

Oxşar xəbərlər