• 18 Aprel 2024 18:44

Nurgül Yeşilçay: “İranda baş örtüyüm açıldığı üçün…”

 

Nurgül Yeşilçay: “İranda baş örtüyüm açıldığı üçün…”

Nurgül Yeşilçay İranda baş tutan “Gözəl Cin” filminin çəkilişlərində ciddi problemlər yaşayıb.

Tacxeber.az xəbər verir ki, bu barədə aktrisa NTV-də Ceyda Düvencinin aparıcılığı ilə yayımlanan “Bambaşka söhbetler” verilişində danışıb.

İranda qadınların qaldırdığı etiraz aksiyalarını xatırladan Yeşilçay film çəkilişlərində baş örtüyü açıldığı üçün təzyiqlə qarşılandığını dilə gətirib.

“Məni İranda da sevirlər, çünki bizim seriallar dünyada çox populyardır. Mən də iranlıları sevirəm. İran kinosunu çox sevdiyim üçün film təklifini qəbul edib getdim. Çəkilişləri İsfahanda edirdik. İranda saçın tamamilə örtülməsi şərt deyil, saçın görünür, sadəcə başında şalın olmalıdır. Turistlər də şal örtmək məcburiyyətindədir. Lakin bunun bu qədər ciddi qəbul edildiyini bilmirdim, çünki onsuz da saçlarım görünürdü. Mən poza verərkən başımdakı şal arxaya düşmüşdü. Bu, İran mətbuatında yayımlandı, hadisə böyüdü. “Hədsiz”, “Başını örtməmək nə deməkdir” yazanlar da oldu.

Mən adət-ənənələri sevirəm. Öz adətinizlə heç yerə gedə bilməzsiniz. Hər kəsin evinin öz qaydaları var. Onlara əməl etmək tələb olunur. İran xalqı çox şirin insanlardır. Problem sonra öz-özünə həll olundu.

Amma orada çox böyük təzyiq var. Kənar bir şəxs kimi mən də belə hiss etdim, fikirləşin ki, İran qadınları nələr yaşayırlar”.

Hakan Gencenin təqdimatında “Hürriyet”in Yutub kanalında yayımlanan “Sıkı Muhabbet” proqramında Nurgül Yeşilçay daha bir diqqətçəkən açıqlamalar verib. Aktrisa “gözəl qadın” olmaq haqqında bunları deyib: “Gözəl qadın kimi həyat yaşamaq yorucudur. Yeməyi sevirəm, amma dərhal arıqlayıram. Arıqlamalıyam, idman etməliyəm. Bunlar yorucudur”.

Tacxeber.az

Oxşar xəbərlər