• 10 Dekabr 2024 22:14

“Putin hərbçiləri aşağılayan kloun Kadırova general-polkovnik rütbəsi verəndən sonra…”

“Putin hərbçiləri aşağılayan kloun Kadırova general-polkovnik rütbəsi verəndən sonra…”


“Putinin açdığı qanlı savaşdan 1-2 həftə əvvəl onun istefasını tələb edən general-polkovnik Leonid İvaşov yenidən müsahibə verib deyir ki, ölkədə seçki yoxdur”.

Tacxeber.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu social şəbəkədə yazıb. O, bildirib ki, hər şeydən əvvəl seçki olmalıdır, ictimai təşkilatlar fəaliyyət göstərməlidir, Rusiya beynəlxalq öhdəliklərinə və müqavilələrə riayət etməlidir:

“Əsla  Leonid İvaşovun demokrat olduğunu düşünmürəm, amma adam müharibədən əvvəl də ona qarşı çıxış etdi, indi də eyni fikri deyir. Bir o fərqlə ki, indi artıq proqram şəklində. Əslində oğru Putindən imperialist İvaşov daha proqressiv görünür. Ən azı sözdə.

Amma müsahibədən görünən əsas məqam budur ki, artıq Kremllə hərbçilər arasındakı körpü Krım körpüsü kimi azı yarıyadək dağılıb. Xüsusilə də Putin hərbçiləri aşağılayan kloun Kadırova general-polkovnik rütbəsi verəndən sonra. Putin bəlkə heç özü də anlamadı ki, bu addımı ilə hərbçiləri necə özünə qarşı qoydu”.

Tacxeber.az

Oxşar xəbərlər