Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Bu, Azərbaycana qarşı olan təxribat xarakterli videoların yayılmasında, ölkənin xarici ölkələrdəki səfirliklərinə hücumlarda özünü göstərir.
Tacxeber.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan payız sessiyası zamanı deyib.
O qeyd edib ki, Azərbaycan sülh danışıqlarını bundan sonra da davam etdirəcək:
“Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə basdırılmış minaların xəritəsi Azərbaycana verilməlidir. Azərbaycan prokurorluğunda erməni əsgərlərinə qarşı əməllərə dair şikayətləri araşdırmaq məqsədilə istintaq başlayıb. Lakin Ermənistan tərəfindən belə bir istintaqa heç başlanılmayıb. Azərbaycan sülh tərəfdarıdır və buna nail olmaq üçün səylərini davam etdirəcək”.