Əksər insanlar hesab edir ki, meyvə şirələri təzə meyvə və tərəvəzlərdən hazırlanır və sağlamlıq üçün çox faydalıdır. Təəssüf ki, qablaşdırılmış içkinin müasir istehsal xarakteri elədir ki, onu vitamin anbarı hesab etmək olmaz.
Tacxeber.az xəbər verir ki, bu sözləri diyetoloq Ruslan Əliyev teleqram kanalında deyib.
“Meyvə şirəsi sadəcə özünüz sıxıb dərhal içsəniz faydalı ola bilər. Mağazada satılan variantlara gəldikdə, əlbəttə ki, faydalı deyil”.O, qeyd edib ki, təzə sıxılmış şirələrin saxlama müddəti mağazalardan fərqli olaraq çox qısadır. Meyvə şirəsi istehsalçıları isə içkilərin saxlanılma müddətini uzatmaq üçün su və əlavə maddələr qatırlar. Nəticədə, diyetoloqun fikrincə, şirələr nəinki dadını və vitaminlərini itirir, həm də böyük miqdarda qlükoza əldə edir. R.Əliyevin sözlərinə görə, hətta ən bahalı mağazalardan alınan şirənin bir stəkanında gündəlik 5 normada şəkər var.