• 17 İyun 2024 07:54

Ukrayna rəhbərliyi: “Rusiyanın gücü ancaq mülki əhaliyə çatır“

Ukrayna rəhbərliyi: “Rusiyanın gücü ancaq mülki əhaliyə çatır“

Ukrayna rəhbərliyi: “Rusiyanın gücü ancaq mülki əhaliyə çatır“


Ukraynanın müdafiə naziri Oliksiy Reznikov və Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak ölkənin paytaxtı Kiyev şəhərində baş vermiş partlayışlara münasibət bildirib. 

“Report” xəbər verir ki, o, tviterdə yazıb ki, bu, Ukrayna xalqının cəsarətinə mane olmayacaq.

“Həmçinin müttəfiqlərimizin qətiyyəti də sarsılmayacaq. Qarşı tərəf ancaq öz ölkəsinin gələcəyini sarsıdır”, – müdafiə naziri vurğulayıb.

Bundan başqa, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak isə tviterdə paylaşımında bildirib ki, bu addım Rusiyanın döyüş meydanında mübarizə aparmaq iqtidarında olmadığını göstərir. Nazirin sözlərinə görə, qarşı tərəfin gücü ancaq mülki əhaliyə çatır.

“Rusiya ilə danışıqlar əvəzinə, bizə hava hücumundan müdafiə sistemləri, MLRS, daha uzun mənzilli silahlar lazımdır”, – Podoloyak əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxt Kiyevdə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərində ard-arda partlayışlar baş verib. Rusiyanın həmin ərazilərə raket atdığı bildirilir. Məlumata görə, raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.

Tacxeber.az

Oxşar xəbərlər