Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin keçmiş prezidenti, milyarder Vahid Ələkbərov məhkəməyə verilib.
Tacxeber.com Rusiya KİV-ə istinadla bildirir ki, Moskva meriyası milyarderdən şikayətçi olub. Məlumata əsasən, iş adamı paytaxtın mərkəzindəki evinin damını genişləndirmək istəyib.
Belə ki, Vahid Ələkbərov paytaxt Moskvadakı çoxmərtəbəli binanlardan birinin damında tikinti layihəsi həyata keçirməyə başlayıb.
Bu addım isə Moskva meriyasının xoşuna gəlməyib. Bildirilib ki, sözügedən tikinti təhlükə yarada bilər. Tikintinin dayandırıması üçün məhkəmədə V. Ələkbərov qarşısında iddia qaldırılıb.