• 23 Noyabr 2024 00:55

“Ukraynaya dəstək artacaq” – ABŞ-ın müdafiə naziri

“Ukraynaya dəstək artacaq” - ABŞ-ın müdafiə naziri

“Ukraynaya dəstək artacaq” – ABŞ-ın müdafiə naziri


“Ukrayna ordusu Rusiyanın başladığı müharibənin dinamikasını dəyişib və bundan sonra Ukraynaya dəstək artacaq”.

Tacxeber.az xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.

Ostin Brüsseldə keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-6”) iclasının əvvəlində bu barədə deyib.

ABŞ müdafiə naziri qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti Ukraynaya Rusiyanın təcavüzünə qarşı özünümüdafiəsinə kömək etməkdə qərarlıdır.

Pentaqon rəhbərinin qeyd etdiyi kimi, dünyanın digər ölkələrinin hökumətləri Ukrayna vətəndaşlarının və Ukraynanın müdafiəsi üçün lazım olan yardımla Ukrayna ordusunun təminatını sürətləndiriblər.

Onun sözlərinə görə, bu yardım döyüş meydanında nəzərəçarpacaq dəyişikliklərə nail olmağa kömək edib:

“Sentyabrdakı son görüşümüzdən bəri biz hamımız Ukraynanın döyüş meydanında necə diqqətəlayiq uğurlar əldə etdiyini gördük. Putinin yeni hücumlarına baxmayaraq, Ukrayna qüvvələri bu müharibənin dinamikasını dəyişdi. Onlar yüzlərlə şəhəri Rusiya işğalından azad etdilər və onlar minlərlə kvadrat kilometrlik torpağı geri qaytardılar. Bu qələbələr Ukrayna əsgərlərinə məxsusdur, lakin “Ramşteyn”in təhlükəsizlik yardımı, təlimi və dayanıqlılıq səyləri həyati əhəmiyyət kəsb edir”.

Tacxeber.az

Oxşar xəbərlər