Ürəyi möhkəmləndirən itburnu – xərçəngdən qoruyur Sağlamlıq 12 Oktyabr 2022 22:11 150 Ürəyi möhkəmləndirən itburnu – xərçəngdən qoruyur Payızın can dərmanı və əsas içkisi itburnu dəmləməsi olmalıdır. Tacxeber.az xəbər verir ki, nutrisioloq İolanta Lanqauyer adi itburnunun bilmədiyimiz faydalarını açıqlayıb. C vitamini ilə zəngin superqida itburnu güclü antioksidant olduğu üçün xərçəngin profilaktikası üçün əvəzsizdir. Stress və xəstəliklər səbəbindən orqanizmdə həddən artıq sərbəst radikallar toplanır. Onlar hüceyrələrin tamlığını pozur. İtburnu orqanizmin qocalmasını ləngidir, sərbəst radikalları məhv edir. İtburnu artrit və ürək-damarın möhkəmlənməsi üçün də vacibdir. İtburnudan effekt almaq üçün onu qaynatmırsız, üzərinə 60 dərəcədə su töküb, bir neçə saat termosda saxlayırsız. Varikoz damarları olanlar, damarları partlayıb qanayanlar da itburnu içə bilər. Qrip və koviddən qorunmaq üçün o vacibdir”. Tacxeber.az