• 27 İyul 2024 07:04

Ərdoğan Putinlə Astanada nədən danışacaq? – AÇIQLANDI

Ərdoğan Putinlə Astanada nədən danışacaq? – AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçiriləcək görüşdə Vladimir Putinlə bir sıra məsələləri, o cümlədən Ukraynadakı vəziyyət və Suriyadakı prosesləri müzakirə edəcək.

Tacxeber.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri Rusiya prezidenti ilə söhbətdən əvvəl Belarus rəhbəri Aleksandr Lukaşenko ilə danışmaq niyyətindədir.

Görüş zamanı R.T.Ərdoğan rusiyalı həmkarı ilə Ukrayna münaqişəsindəki son vəziyyəti, sülh yolu ilə nizamlanma səylərini, taxıl dəhlizini, o cümlədən Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı bu gün keçiriləcək.

Tacxeber.az

Oxşar xəbərlər