• 18 Aprel 2024 18:07

Bu xəstə uşaqların dərmanlarını dövlət qarşılayır

Bu xəstə uşaqların dərmanlarını dövlət qarşılayır

Ölkədə kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman təminatında hazırda problemlərin olması barədə məlumat daxil olub.

Tacxeber.az xəbər verir ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyi hər hansısa tədbirlərin görülüb-görülmədiyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman preparatları ilə təminatına dövlət tərəfindən verilməsi ilə bağlı “Kistoz-fibroz xəstələrinə yardım” İctimai Birliyi Səhiyyə Nazirliyinə məktub ünvanlayıb:

“Bunu nəzərə alaraq, nazirlik dövlət başçısına müraciət edib və Prezidentin müvafiq göstərişinə əsasən, problemin aradan qaldırılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.

“Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təchizatının təmin edilməsi barədə” Səhiyyə Nazirliyinin 19 noyabr 2021-ci il tarixli 97 nömrəli əmrinə əsasən nazirliyin “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən müvafiq tələbata uyğun olaraq xəstələr üçün lazımi dərman preparatları tender vasitəsi ilə alınıb və Elmi Tədqiqat Pediatriya İnstitutunun nəzdində olan 6 nömrəli Uşaq Klinik Xəstəxanasına təhvil verilib.

Hazırda problem həllini tapıb və dərmanlar kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara paylanılır”.

Tacxeber.az

Oxşar xəbərlər