• 04 Oktyabr 2024 21:27

Deputat Makron haqda: “Utanmadan deyir ki, Azərbaycan bu əraziləri işğal edib”

Deputat Makron haqda: “Utanmadan deyir ki, Azərbaycan bu əraziləri işğal edib”

Deputat Makron haqda: “Utanmadan deyir ki, Azərbaycan bu əraziləri işğal edib”


“Makronun ermənipərəst mövqe nümayiş etdirməsi yeni məsələ deyil, o elə bünövrədən erməniləri dəstəkləyib. Heç vaxt mövqeyini dəyişməyib, bu gün də fəaliyyətini davam etdirir. Çünki Makronun tərcümeyi-halı ortadadır, milli mənşəyi də məlumdur. Onun ana babası ermənidir. Öz millətinin tərəfini saxlayır”.

Tacxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov Fransa Prezidenti Emmanuel Makronun növbəti anti-Azərbaycan bəyanatını qiymətləndirərkən deyib.

O xatırladıb ki, professor Şamil Qurbanov bir zamanlar Azərbaycan parlamentində Jak Şirak haqqında ifadə işlədib:

“Bu cümlə daha çox Makrona aiddir. Makronun mövqeyi hakimiyyətə gələn gündən məlumdur. Makron hakimiyyətə gələn gündən ermənilik edir. Fransa dövlətinin rəhbəri kimi deyil, Ermənistan rəhbəri kimi çıxış edir. Praqada Makron-Paşinyan görüşünü hamı gördü. Sanki Məşdibadın arxasınca şilləvuran kimi Qoçu Əsgər gəlir. Çox sağ olsun, cənab Ərdoğan ona yaxşı bir təklif etdi. Makron bundan nəticə çıxarardı”.

Deputat deyib ki, bir tərəfdən Makronun mövqeyi, digər tərəfdən Fransa siyasətində ənənəvi ermənipərəstlik hər zaman ortaya qoyulub:

“Birinci Dünya müharibəsi dövründə Osmanlıya təcavüz edən dövlətlərdən biri Fransa idi və onun ordusunun tərkibində 30 minlik erməni legionu fəaliyyət göstərirdi. Bu gün də həmin məsələdir. Ancaq Makron çox şey deyə bilər, bu məsələlərin taleyini Azərbaycan ordusu həll edib və nöqtəni qoyub. Ermənilər tarixən iddia edib ki, bu ərazilər onlarındı, böyük “imperiyaları” olub. Makron da bu cür düşünür və bizim 30 il ərzində işğal edilən ərazilərimizi Ermənistan hesab edib. Hələ utanmadan deyir ki, Azərbaycan bu əraziləri işğal edib. Biz bütün bu əsassız və ermənipərəst fikirləri rədd edirik”./Teleqraf

Tacxeber.az

Oxşar xəbərlər