• 23 Noyabr 2024 01:15

Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalandı

Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalandı

Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.

Tacxeber.az xəbər verir ki, bunu Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.

O, Qazaxıstanın birinci dərəcəli “Dostluq” ordeni ilə təltif olunmasını sürpriz kimi qiymətləndirib:

“Bu mənim üçün çox fərqli bir sürpriz oldu”.

Türkiyə lideri iki ölkə arasında əməkdaşlığın dərinləşməsindən danışaraq bu gün 6 müqavilə imzaladıqlarını söyləyib:

“Ümumilikdə, ölkələrimiz arasında imzalanan müqavilələrin sayı 20-yə çatdı”.

Ərdoğan deyib ki, Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi ötən il 5 milyard dollar səviyyəsini aşıb:

“Hədəfimiz 10 milyard dollara doğru əmin addımlarla irəliləməkdir”.

Tacxeber.az

Oxşar xəbərlər