• 23 Noyabr 2024 03:32

Xoşqədəm və Elgizin adından pul yığan şəxsə 7 il cəza

Xoşqədəm və Elgizin adından pul yığan şəxsə 7 il cəza

Xoşqədəm və Elgizin adından pul yığan şəxsə 7 il cəza


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayxan Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tacxeber.az-ın  məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ayxan Məmmədli 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından sui-istifadə edərək onlardan pul alaraq aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.

Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər verib. O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ keçirməkdə ittiham olunur.

İttihama əsasən, Ayxan Məmmədli ARB telekanalının aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından da sui-istifadə edərək zərərçəkmişlərdən pul istəyib.

Tacxeber.az

Oxşar xəbərlər