• 27 İyul 2024 04:50

Baydenin gənc qıza məsləhəti gündəm oldu –

Baydenin gənc qıza məsləhəti gündəm oldu –

Bir çox hərəkəti ilə gündəm olmağı bacaran ABŞ prezidenti Co Bayden dünən Kaliforniya ştatında etdiyi çıxışdan sonra vətəndaşlarla bir araya gələrək selfi çəkdirib.

 

Tacxeber.az xəbər verir ki, Bayden selfi zamanı kiçik bir qıza “30 yaşına qədər ciddi münasibət olmur” deyib.

Kiçik qızın çaşqın üz ifadəsi sosial mediada geniş müzakirələrə yol açıb. Tez-tez etdiyi kobud səhvlər və qəribə hərəkətləri ilə gündəmə gələn 79 yaşlı ABŞ prezidenti Co Bayden bu dəfə balaca qıza verdiyi məsləhətlə gündəmə düşməyi bacarıb.

Baydenin bu sözləri bir çox qəzetlərdə, xüsusən də İngiltərənin “Daily Mail” qəzetinin manşetlərinə çevrilib. (Musavat.com)

Tacxeber.az

Oxşar xəbərlər