• 09 Oktyabr 2024 01:10

“İlham Əliyev Makronun sözünə sahiblik edə biləcək bir lider olmadığını da isbatladı…”

“İlham Əliyev Makronun sözünə sahiblik edə biləcək bir lider olmadığını da isbatladı…”

“İlham Əliyev Makronun sözünə sahiblik edə biləcək bir lider olmadığını da isbatladı…”


“Azərbaycanın 44 günlük savaşdakı qələbəsindən sonra  müxtəlif qatı ermənipərəst davranışlarıyla seçilən Fransa prezidenti Azərbaycan dövlət başçısının da kəskin münasibət bildirdiyi son bəyanatıyla bütün əndazələri aşıb. Yəqin ki, Azərbaycan Prezidentinin məntiqli və tutarlı ittihamlarından sonra cənab Makron bir daha ölkəmizlə bağlı çıxışlarında bu dərəcədə ağlını itirməz”.

Bu fiikirləri Moderator.az-a açıqlamasında deputat Vahid Əhmədov söyləyib.

“Cənab İlham Əliyevin də vurğuladığı kimi, Fransa hökumətinin belə münasibəti çərçivəsində bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı iştirakı tamamilə qeyri-mümkündür. Makron bir daha sübut etdi ki, o, sözünə sahiblik edə biləcək bir siyasətçi, dövlət başçısı deyil. Azərbaycan xoş məram göstərərək Fransa prezidentinin  Praqadakı dördtərəfli görüşdə iştirak etməsinə icazə verir, bunun müqabilində isə Makron tərəfindən daha ermənipərəst, daha məkrli davranışlar nümayiş etdirilir. Azərbaycan Prezidenti Fransa liderinin hələ bundan öncəki hərəkətlərini təhlil edərək onun qeyri-səmimiliyini, siyasətçi və dövlət başçısı kimi etibarsızlığını da isbatlayır. Belə ki,  sentyabrın 18-də erməni vandalları tərəfindən Azərbaycanın Parisdəki səfirliyinə basqın edildikdən sonra Makron telefonda cənab İlham Əliyevə vəd verir ki, bir daha belə bir olayın təkrarlanmaması məqsədilə tədbir görüləcək. Təəssüf ki, ermənilərin səfirliyimizin binasına soxulmaq cəhdindən sonra həmin bina qarşısında qoyulmuş mühafizə gücləndirilmək əvəzinə, tamamilə götürülür. Və cənab Prezidentin də vurğuladığı kimi, bunun  erməni tərəfi ilə razılaşdırıldığı böyük ehtimalla meydana çıxır. Nəticədə  Parisdəki səfirliyimizə ikinci, daha məkrli və təhlükəli  basqın təşkil edilir… Bu faktlar Makron başda olmaqla Fransa rəhbərliyinin bütün diplomatik konvensiyalara hörmətsizliyini və onların pozulmasına laqeydliyini də nümayiş etdirir.

Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidentinin təhqir, yalan, böhtan dolu təxribat xarakterli bəyanatı bir daha bu şəxsin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə də göz yumduğunu ortaya qoyur. Belə ki, cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparması, Qarabağın bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması və özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyümüzü güc hesabına bərpa etməsini Fransa dövlət başçısı həzm edə bilmir. Bu isə Makronun bir daha qatı ermənipərəst mövqedə olduğunu, 44 günlük müharibədən sonra da aydın və kəskin şəkildə ortalığa çıxan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin 30 illik işğalı zamanı hansı qeyri-bəşəri, vandal və faşist xislətli əməllər törətməsi faktlarını qulaqardına vurmasını təsdiqləyir. Zatən  İkinci Qarabağ  savaşından sonra Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə yalan bəyanatlar verməsi, Fransa Senatı və aşağı palatasının həmin dövrdə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etməsi Makronun başçılıq etdiyi dövlətin beynəlxalq hüquqa, haqq-ədalətə, bəşəri dəyərlərə münasibətinə ortalığa qoymuşdu…

Eyni zamanda  Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi 30 illik açıq ermənipərəst fəaliyyəti də xalqımızın və dünyanın gözü qabağındadır. Təəssüf ki, bu dövlət Ermənistanın da canfəşanlığıyla yenidən sözügedən qurum çəriçivəsində öz dırnaqarası “vasitəçilk” missiyasını, əslində yalnız ermənilərin mövqeyindən fəaliyyətini bərpa etməyə çalışır. Lakin Azərbaycan dövlət başçısı öz qətiyyətli mövqeyi ilə bu ölkənin vasitəçi kimi nə Azərbaycan rəhbərliyini, nə də Azərbaycan xalqını qane edə bilməyəcəyini sübut edərək məsələyə birdəfəlik nöqtə qoydu”, – deyə deputat vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər