• 23 Noyabr 2024 01:55

İran Ermənistana milyardlar yatırır, “dəhliz” çəkir…

İran Ermənistana milyardlar yatırır, “dəhliz” çəkir…

Ermənistan və İran qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır.

Tacxeber.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan deyib.

İlk 8 ayda bu rəqəmin 43 faiz artdığını deyən deputat bildirib ki, Ermənistan tərəfinin qaldırdığı problemlər tez bir zamanda həll olunarsa, o zaman 1 milyard dollar asanlıqla əldə edilə bilən göstəriciyə çevriləcək.

Papoyan xatırladıb ki, İran Fars körfəzindən Qara dənizə dəhliz açmağı planlaşdırır və bu layihənin mühüm qovşaqlarından biri Ermənistanın Sünik bölgəsindən keçən Şimal-Cənub dəhlizi olacaq.

“İran hökuməti və şirkətləri Şimal-Cənub dəhlizinin müəyyən hissəsinin inşasında maraqlıdır. Bu məsələ ilə bağlı müzakirələr aparılıb və aparılacaq. Ermənistan hökuməti İran tərəfini dəstəkləməyə hazırdır”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, İran və Ermənistan iqtisadi əlaqələrinin səviyyəsi çox yüksək səviyyədə olan siyasi əlaqələrdən ciddi şəkildə geridə qalır.

Tacxeber.az

Oxşar xəbərlər