• 27 Dekabr 2024 01:02

Makron hamını qəzəbləndirib: Azərbaycan və Britaniya da narazıdır

Makron hamını qəzəbləndirib: Azərbaycan və Britaniya da narazıdır

Makron hamını qəzəbləndirib: Azərbaycan və Britaniya da narazıdır


Fransa Prezidentinin son bəyanatları Britaniya, ABŞ və Rusiyanın qəzəbinə səbəb olub. Azərbaycan Prezidenti isə Emmanuel Makron-un bəyanatlarını “qəbulolunmaz” adlandırıb.

Bu tənqid Emmanuel Makron-un Fransa televiziyasına verdiyi müsahibəsindən sonra səslənir. Təxminən 1 saatlıq müsahibədə Fransa lideri, Azərbaycan-Ermənistan münaqişəsini, Ukraynadakı müharibəni və Rusiyadan gələn təhlükələrdən danışıb.

Cənab Makron həm Qarabağ, həm də Ukrayna barədə dəfələrlə açıqlamalar verib. Lakin belə görünür ki, onun son dedikləri əvvəlkindən daha çox geniş reaksiya doğurub.

Çərşənbə günü France 2 telekanalına müsahibəsində Emmanuel Makron deyib ki, son aylar “Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla” məşğuldur.

“Son iki ildə sərhəddə nə baş verir… 5000 Rusiya əsgəri guya sərhəddə təhlükəsizlik təmin etmək üçün orada yerləşir, lakin ruslar bu, bir neçə yüz illik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb”, – Makron deyib.

Britaniya isə Makronun Rusiya nüvə silahı işlədərsə, Fransanın ona sanksiya yatırmayacağını ifadə etməsindən qəzəblənib.

Azərbaycanın reaksiyası

Fransa liderinin verdiyi bəyanata Bakının reaksiyası sərt olub. Azərbaycan Prezidenti Emmanuel Makronun sözlərini “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli” adlandırıb.

“Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”, – İlham Əliyev deyib.

Oktyabrın 6-da Praqada Fransa, Azərbaycan, Ermənistan və Aİ Şurası liderinin iştirakı ilə dördtərəfli görüş keçirilib

Azərbaycan Prezidenti Makron-un çıxışını Azərbaycanla bağlı faktların manipulyasiyası adlandırıb. Cənab Əliyev deyib ki, həmin bəyanat “Fransa və dünya ictimaiyyətini çaşdırmağa” cəhddir. Onun sözlərinə görə, Azərbaycanın ünvanına bu ittihamlar Praqadakı görüşdən demək olar bir həftə sonra səsləndirilib.

“Bundan sonra Fransa hökumətinin belə münasibəti ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”, – İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, Fransanın Ermənistanı atmayacağı kimi fikirlər iki dövlət arasındakı münasibətləridir.

“Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin”, – İlham Əliyev bildirib.

Onun sözlərinə görə, əvvəlki Fransa prezidentləri ilə sıx ünsiyyəti olub və onlarla münasibətlər “kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban olub”.

“Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, – mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”, – İlham Əliyev MDB dövlət başçıları ilə görüşdə deyib.

O bildirib ki, indiyə kimi Fransa XİN Azərbaycan əleyhinə yalan bəyanatlar verib, Fransa Senatının aşağı palatası “Dağlıq Qarabağı” tanıyan qətnamə qəbul edib.

Prezident bildirib ki, Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Cənab Əliyev deyib ki, “təəssüf ki” Ermənistan Azərbaycan və Avropa İttifaqı arasındakı görüşdə Fransanın iştirakına icazə verərkən xoş məram göstərərək icazə verib.

Prezident deyib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olarkən vasitəçilik missiyası olub, amma Minsk qrupu “heç biri iş görməyib”.

“Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik”, – İlham Əliyev deyib.

İlham Əliyev deyib ki, Fransadakı Azərbaycan səfirliyinə iki dəfə hücum edilib və ilk hücumdan sonra səfirliyin qarşısında qoyulmuş mühafizə götürülüb daha sonra ikinci hücum cəhdi olub.

“Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı”.

Makron-un dedikləri Putini “təəccübləndirib”

Emmanuel Makron-un Bakı ilə Yerevan arasında münaqişədə Rusiyanın “qızışdırıcı” rolu ilə bağlı şərhləri Moskvada da tənqidlə qarşılanıb.

“Biz Emmanuel Makron-un Rusiyanın guya Dağlıq Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etdiyi barədə açıqlamalarını açıq-aşkar və qətiyyən qəbuledilməz hesab edirik. Bu cür hücumlar Qərbin Rusiyanı şeytanlaşdırmaq və qarşıdurma məntiqini postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürülməsi xəttinə uyğundur”, – cümə axşamı günü Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Cümə günü isə Makron-u Rusiya lideri tənqid edib. Prezident Vladimir Putin deyib ki, Fransa liderinin bəyanatları “qəbuledilməzdir” və Rusiya bütün münaqişələri, o cümlədən “Qarabağ ətrafındakı” münaqişəni səmimi şəkildə həll etməyə çalışıb.

“Dünən Fransa Prezidentinin oktyabrın 6-da Praqada keçirilən görüşün nəticələri ilə bağlı bəzi şərhlərini oxuyanda təəccübləndim”, Vladimir Putin MDB sammitində deyib.

“Makron əsl planları aşkarladı”

Fransa televiziyasına danışan Emmanuel Makron Ukrayna ilə bağlı vəziyyəti də şərh edib. O deyib ki, Fransa “qlobal müharibədən” yayınmaq üçün Rusiyanın mümkün nüvə hücumuna qarşı özünün nüvə arsenalından istifadə etməyəcək.

Makron-un bu açıqlaması Qərbdə qınaqla qarşılanıb. Britaniyanın müdafiə naziri deyib ki, Fransa Prezidentinin bəyanatı onun əsl planının nə olduğunu aşkarlamış olub.

İndiyədək NATO, ABŞ və Böyük Britaniya Putinin təhdidləri ilə bağlı qeyri-müəyyənlik siyasətinə üstünlük veriblər.

“Bizim mövqeyimiz belədir ki, Rusiya nüvə silahından istifadə edərsə, bunun Rusiya üçün ağır nəticələri olacaq”, – Ben Wallace NATO ölkələri müdafiə nazirləri ilə görüşdə deyib.

Britaniyanın müdafiə naziri Ben Walles deyib ki, Fransa prezidentinin bəyanatı mümkün nüvə zərbələri ilə bağlı onun əsl planının nə olduğunu aşkarlayıb

“Bu, nüvə silahının istifadəsi ilə bağlı 1945-ci il tabunun pozulması olardı. Və bu, onu dünya boyu inanılmaz dərəcədə təcriddə qoyardı”, o əlavə edib.

Keçən ay ABŞ-ın milli təhlükəsizlik müşaviri deyib ki, Moskvanın Ukraynada nüvə silahından istifadəsinin “fəlakətli nəticələri” olacaq. Lakin Jake Sullivan planlaşdırılan cavabın xarakterini dəqiqləşdirməyib.

Ötən gün Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini xəbərdarlıq edib ki, Ukraynanın NATO-ya daxil olması “Üçüncü dünya müharibəsi”nin başlanğıcı olacaq.

Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan sonra Bakı və Yerevan arasında məsələnin həllində əsas rol oynayan Rusiyada və Qərbdə prosesə daha çox cəlb olunma meyilləri hiss edilir.

Ötən həftə Praqada Fransa, Azərbaycan, Ermənistan və Aİ Şurası liderinin iştirakı ilə dördtərəfli görüş keçirilib. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər.

BBC Azərbaycanca

Tacxeber.az

Oxşar xəbərlər