Qarabağla bağlı qərarlar bizi razı salmayacaq, çünki… – Xaçaturyan
“Qarabağla bağlı qərarlar Ermənistanı qane etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib”.
Tacxeber.az “İnterfax”a istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
O bildirib ki, hazırda həqiqətən də çətin dövrlər gəlib çatıb, hər şey həlledici mərhələyə qədəm qoyub. Dövlət başçısının sözlərinə görə, söhbət Ermənistanın mövcudluğundan və Qarabağ məsələsinin həllindən gedir: “Və bizdən realizm tələb olunur ki, düzgün qərarlar verə bilək”, – deyə Xaçaturyan vurğulayıb.
Xaçaturyanın sözlərinə görə, qərar qəbul etmək çətin olacaq və əksər hallarda Ermənistan tərəfinin istəyini təmin etməyəcək.
Eyni zamanda o qeyd edib ki, məsələ İrəvanın öz istəklərindən əl çəkməsində deyil, geosiyasi və regional vəziyyətin dəyişməsindədir və bunu nəzərə almamaq olmaz: “Hər şey çox sürətlə dəyişir”.