Almaniya 5 min Ukrayna hərbçisinə təlim keçməyi planlaşdırır
Almaniya silahlı qüvvələrinin komandanlığı Avropa İttifaqının planlaşdırılan missiyası çərçivəsində 5 min ukraynalı hərbçini təlimlərə qəbul etmək niyyətindədir.
Tacxeber.az xəbər verir ki, bu barədə N-TV məlumat yayıb.
Yeni çağırışçılar Aİ missiyası çərçivəsində ilkin hazırlıq keçəcək, daha təcrübəli əsgərlər isə xüsusi təlimlərə göndəriləcək. Bundesverdə Ukraynadan gələn hərbçilər “Iris-T” hava hücumundan müdafiə sistemi ilə işləmək üçün təlim keçəcəklər.
Almaniya mətbuatının yazdığına görə, belə qurğulardan biri artıq Kiyevə təhvil verilib.
Ümumilikdə Aİ missiyası 15 000 hərbi personala təlim keçməyi planlaşdırır.