• 23 Noyabr 2024 06:42

Azərbaycanda yeni qanun? – “Böhtan, söyüş, bilərəkdən yalan yazmaq…”

Azərbaycanda yeni qanun? - “Böhtan, söyüş, bilərəkdən yalan yazmaq...”

Azərbaycanda yeni qanun? – “Böhtan, söyüş, bilərəkdən yalan yazmaq…”


Sosial şəbəkələrdə və bəzi media qurumlarında dezinformasiyalar, dövlət və şəxslər üzərinə yönələn məlumatlar yayılır.

Türkiyə Böyük Millət Məclisi (TBMM) dezinformasiya ilə bağlı qanun qəbul edib. Qanuna əsasən, dezinformasiya yayan şəxsləri 3 ilə qədər həbs cəzası gözləyir. Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Elşad Eyvazlı açıqlamasında bu qanunun Azərbaycanda da tətbiq olunmasının vacibliyini qeyd edib. 

Mövzu ilə bağlı suallarımızı cavablandıran Əməkdar jurnalist Qulu Məhərrəmli Yenisabah.az-a açıqlamasında söyləyib ki, bu qanunun Azərbaycanda tətbiq edilməsi yanlış olardı:

“Hər bir ölkənin qəbul etdiyi qanun öz reallıqları əsasında formalaşır. Azərbaycanda hazırda sosial media haqqında qanun yoxdur. Əgər bu barədə ölkəmizdə qanun qəbul edilsə, dezinformasiyalarla bağlı müəyyən məhdudiyyətlər də mütləq surətdə qoyulmalıdır”.

Onun sözlərinə görə, hansısa bir ölkənin qəbul etdiyi qanunu başqa bir ölkəyə tətbiq etmək doğru deyil:

“Mən hesab edirəm ki, dünyada sosial medianı tənzimləmək istiqamətndə güclü irəliləyişlər müşahidə olunmaqdadır. İstər Çin, istərsə də Almaniyada bu hallarla rastlaşırıq. Lakin Türkiyədə isə sistem tamamilə fərqlidir. Türkiyənin qəbul etdiyi qanun, sosial medianı ənənəvi media ilə eyni səviyyədə götürür. Türkiyədə qəbul olunan dezinformasiya ilə mübarizə haqqında qanun layihəsinin əsas hədəfi neqativ halları aradan qaldırmaqdır.”.

Q Məhərrəmli onu da vurğulayıb ki, dezinformasiyalar yayan şəxslərə ciddi məhdudiyyət qoyulmalıdır:

“Böhtan, söyüş, bilərəkdən yalan informasiyalar cəmiyyətə öz mənfi təsiqini göstərməkdədir. İstifadəçilər xəbər yayarkən çox diqqətli olmalıdır. Çünki, heç bir əsasa söykənməyən xəbərlərin yayımlanması ictimaiyyətdə ciddi panikalara səbəb olur. Şüurlu cəmiyyət əsla bu yanlışa yol vermir. Lakin günümüzdə mətbuat azadlığından sui-istifadə halları geniş yayılmaqdadır. Düşünürəm ki, ölkəmizdə bu istiqamətda maarifləndirici tədbirlər həyata keçiirlməli və insanlara müəyyən tələblər aşılanmalıdır”.

Tacxeber.az

Oxşar xəbərlər