• 19 İyun 2024 07:31

Paris qarışdı: fransızlar Makronu istefaya çağırır

Paris qarışdı: fransızlar Makronu istefaya çağırır

Paris qarışdı: fransızlar Makronu istefaya çağırır

Parisdə qiymət artımı və hakimiyyətin iqlimlə bağlı fəaliyyətsizliyinə qarşı aksiya keçirilir.

Tacxeber.az“RİA Novosti”-yə istinadla xəbər verir ki, nümayiş Jan-Lük Melenşonun solçu “Tabe olmayan Fransa” partiyası, “Avropa-Ekologiya-Yaşıllar” partiyası, Sosialist Partiyası, eləcə də bir sıra həmkarlar ittifaqı və assosiasiyalarının çağırışı ilə keçirilir.

Aksiya yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17:00) başlayıb. Polis aksiya iştirakçılarına qarşı barrikadalar qurub.

Nümayişçilər əmək haqlarının və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin dondurulmasını, izafi mənfəətdən verginin tətbiqini və ekoloji layihələrə sərmayə qoyulmasını tələb edirlər. Onlar yanacağın və ərzaq qiymətlərinin artmasına, həmçinin pensiya yaşının artırılmasına qarşıdırlar. Aksiya iştirakçıları prezident Makronun istefasını tələb edirlər.

Digər məsələlərlə yanaşı, orada olanlar Parisin Ukraynaya hərbi yardımı artırmasından narazılıqlarını ifadə ediblər.

Ötən şənbə günü minlərlə insan Parisdə Fransa prezidenti Emmanuel Makronun istefası tələbi ilə keçirilən böyük nümayişdə iştirak edib.

Tacxeber.az

Oxşar xəbərlər