Türkiyədə partlayışın baş verdiyi şaxtada işlər dayandırıldı
Türkiyə hakimiyyəti metan partlayışının baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib.
Tacxeber.az Haber Global-a istinadən xəbər verir ki, “Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə kömür hasilatını dayandırırıq. Prokurorluq da bu işlə bağlı araşdırmalara başlayıb”, – təbii qaynaqlar və enerji naziri Fatih Dönməz mətbuata bildirib.
Xatırladaq ki, Bartın vilayətinin Amasra bölgəsində cümə günü axşam saatlarında mədəndə partlayış baş verib. Metan partlayışı 300-350 m dərinlikdə qeydə alınıb. Partlayış zamanı orada 90-dan çox mədənçi olub. Hadisə nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.