• 08 Oktyabr 2024 13:04

“Bu, insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir” – Pakistan səfiri

“Bu, insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir” – Pakistan səfiri

“Burada şəhid olanların xatirəsini yad etməyə gəlmişik. Mən həmin hadisələrdən sonra Gəncəyə səfər etmişdim” .

Tacxeber.az xəbər verir ki, bu sözləri Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Ermənistanın Gəncə şəhərinə raket atması nəticəsində həlak olmuş terror qurbanlarının anım tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu, insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir. Təkrar olunmamalıdır və buna görə də, bu hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdır. Ermənistan tərəfi də maraqlı olmalıdır ki, hadisədən məsuliyyət daşıyanlar məsuliyyətə cəlb olunsunlar. Nəticədə davamlı sülh əldə olunmalı, sərhədlər müəyyən olunmalıdır. Çünki regionda başqa cür sülh əldə etmək mümkün olmayacaq. Ümid edirəm ki, bu məsələ yaxın zamanda işlənəcək”.

Tacxeber.az

Oxşar xəbərlər