Göyçə mahalının Kəvər, Bəyazid, Qırmızıkənd, Aşağı Qaranlıq, Basarkeçər rayonlarında yaşayan erməni əhali evlərini tərk etməyə başlayıb.
Tacxeber.az xəbər verir ki, bu sözləri erməni mətbuatına açıqlamasında “Geqamas” icmasının keçmiş rəhbəri Akop Avetyan bildirib.
“Oradakı insanlar qorxu içində yaşayır. Artıq bir neçə aydır demək olar ki, hər gün atışma səsləri gəlir. Rayon rəhbərliyi nə qədər təbliğat aparsa da bu ərazilərdə qalan ermənilər evlərini dəyər-dəyməzə satıb qaçırlar. Biz onlara başa salırıq ki, sizin bu əraziləri boşaltmağınız əleyhimizə işləyir. Amma insanlar qorxu içindədir, onları da qınamaq olmaz. Artıq ümumi əhalinin 50-60 faizi Göycəni tərk edib. Məktəblər, bağçalar fəaliyyət göstərmir”, – Avetyan bildirib.