• 08 Sentyabr 2024 04:38

Qarabağ qazisinin qandonduran cinayəti: 4 uşaq anası olan sevgilisini…

Qarabağ qazisinin qandonduran cinayəti: 4 uşaq anası olan sevgilisini...


Şəki Ağır Cinayətlər Məhkəməsində aralarında sevgi münasibəti olduğu 40 yaşlı Gülarə Qəhrəmanovanı 22 bıçaq zərbəsi ilə qətlə yetirən 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədliyə hökm oxunub.

Tacxeber.az xəbər verir ki, hadisə bu il fevralın 11-də İsmayıllı rayonunun Basqal qəsəbəsində baş verib. Araşdırmalar zamanı məlum olub ki, Bəxtiyar 2021-ci il tarixindən etibarən Basqal qəsəbə tam orta məktəbində gözətçi işləməyə başlayıb. Orada işə başladıqdan sonra həmin məktəbdə xadimə işləyən Gülarə Qəhrəmanova ilə tanış olub. Məhkəmədə ifadə verən Bəxtiyar Əhmədli bildirib ki, qadınla tanış olduqdan sonra Gülarənin onun evlənmək niyyətində olduğu, lakin azyaşlı olması ilə əlaqədar münasibət yaratmaqdan çəkindiyi Əfsanə Qəhrəmanovanın anası olduğunu öyrənib. 2021-ci ilin iyun ayının sonlarından etibarən Gülarə ilə aralarında sevgi münasibəti yaranıb və bundan sonra daha Əfsanə ilə maraqlanmayıb. Gülarə evli və 4 uşaq anası olduğu üçün onlar münasbətlərini hamıdan gizlədiblər. Onlar dəfələrlə Gülarənin gündəlik kirayə götürdüyü evlərdə cinsi münasibətdə olublar.

2022-ci ilin əvvəllərində Gülarınin oğlu Biruni Bəxtiyarla görüşərək, ondan anası ilə arasında olan sevgi münasibəti barədə soruşub, lakin Bəxtiyar bunu inkar edərək Gülarəni “ana-bacı” kimi bildiyini deyib.

Bu hadisədən bir müddət sonra o, Gülarənin oğlu Biruni və digərləri ilə birgə gözətçi işlədiyi məktəbin sinif otaqlarının birində çaxır içərkən alkoqollu içkinin təsirindən telefonunun “Whastapp” tətbiqi üzərindən Gülarə ilə yazışmağa başlayıb. Elə bu zaman Biruni yerindən duraraq onun arxasından keçdikdə onun əlindəki telefonla Gülarə ilə yazışdığını görüb. O, Bəxtiyarın əlindən telefonu alıb və telefonda anası ilə danışdığını görərək “kiminlə yazışırsan?” deyə soruşub. Bəxtiyar isə artıq çarəsiz qalıb Biruniyə anası ilə danışdığını bildirib. Bundan sonra Biruni Bəxtiyarı vurmağa başlayıb. Əmisi oğlu Zülfüqar Birunini aralayaraq onlara getməyi və məsələyə aydınlıq gətirməyi təklif edib. Biruni evlərinin həyətinə girən kimi yüksək səslə anası Gülarəni çağırmağa başlayıb və onlar evin qapısına çatdıqda Gülarə qapını açan kimi Biruni sağ əli ilə Gülarənin üz nahiyəsinə şillə vurub. Evə girəndən sonra o, Gülarənin saçlarından tutub telefonundakı yazışmanı göstərərək, yüksək səslə bunun nə olduğunu soruşub. Gülarə isə ağlaya-ağlaya onunla arasında heç bir münasibətin olmadığını deyib. Biruni həmçinin dayılarına da zəng edərək, onların evinə gəlməsini istəyib. Hadisə yerinə bir çox yaxınları yığışıb və Bəxtiyara qəsəbədən çıxıb getməsini deyiblər. Bəxtiyar işlədiyi məktəbə qayıdıb və orada şkafından Vətən müharibəsindən qayıtdıqdan sonra yol kənarından tapdığı bıçağı hər ehtimala qarşı, Gülarənin qohumlarının onun üzərinə hücum çəkəcəyindən ehtiyat edərək özü ilə götürüb. Bəxtiyar Əhmədlinin sözlərinə görə, o, həmin gecəni məktəbdə keçirib. Növbəti gün artıq Gülarə ilə birlikdə olmayacaqlarını başa düşdüyündən, həmçinin Gülarənin qohumlarından da onları ayırdıqları üçün qısas almaq niyyəti ilə Gülarəni öldürmək qərarına gəlib. O, həmin gün Gülarənin məktəbdə olduğunu bilib və bıçağı özü ilə götürüb. Məktəbin binasının giriş qapısının qarşısından binaya içəri girmədən Gülarəni dəhlizdə görüb. Bəxtiyar onun çölə çıxmasının istəyib. Məktəbin yan tərəfinə keçən kimi bıçağı sağ əlinin qolluq nahiyəsində koftasının içərisində gizlədib. Gülarə ona yaxınlaşdıqda Bəxtiyar Gülarəyə 22 bıçaq zərbəsi vuraraq onu öldürüb. Daha sonra hadisə yerindən qaçıb.

Bəxtiyar Əhmədli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib.  Məhkəmənin hökmü ilə onun barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Əhmədli Vətən müharibəsi iştirakçısı olub. O, Qubadlı, Füzuli, Cəbrayılın işğaldan azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Tacxeber.az

Oxşar xəbərlər