• 23 Noyabr 2024 01:22

“Şəklimi qoyub nə gəldi yazırlar” — Elman Nəsirov

“Şəklimi qoyub nə gəldi yazırlar” — Elman Nəsirov

“Şəklimi qoyub nə gəldi yazırlar” — Elman Nəsirov


Türkiyədə “Sosial media haqqında” Qanuna əsasən, dezinformasiya yayan şəxslər həbs olunacaqlar.

Ötən həftə qüvvəyə minən qanuna görə, bundan sonra internet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara press kart veriləcək. Eyni zamanda, uşaq və yeniyetmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək. Bu qərara görə, bütün xəbər saytları hazırladıqları materialı arxivdə saxlamağa məcburdur. Dövlət qurumu xəbəri saytdan tələb edə biləcək. Mənbə xəbəri siləndən sonra bütün saytlar xəbəri silməlidir. Rəsmi elanlar və reklamlar xəbər saytlarında yayımlana biləcək.

Rəsmi ünvanı olmayan sayt xəbər saytı hesab olunmayacaq. Sosial şəbəkələrin ofisləri Türkiyədə açılacaq. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır. Yeni qanuna əsasən, sosial mediada dezinformasiya yayan şəxsləri 3 ilədək həbs gözləyir.

Tacxeber.az xəbər verir ki, cebhe.info-ya danışan millət vəkili Elman Nəsirov sosial şəbəkələrlə bağlı ayrıca qanunun hazırlanmasının Azərbaycan Parlementində dəfələrlə müzakirə olunduğunu deyib: “Həmkarlarım və mən özüm bu məsələni dəfələrlə qaldırmışıq. Bildirmişik ki, artıq bu sahədə əməli addımları atmağın vaxtı çatıb. Azərbaycan hüquqi dövlətdir, qanunlarla idarə olunur. Bu sahədə təmamilə hüquqi boşluq var, qanunsuzluq hökm sürür. Axı qanunun özü də yoxdur ki, qanunsuzluq hökm sürməsin. Sosial şəbəkələrdə istənilən adamı söymək, təhqir etmək olar. Digər hüquqi müstəvidə insanın cəzaldırılmadığı yerin adı nədir? -Sosial şəbəkələr. Belə biabırçı vəziyyətdir. Mən də dəfələrlə sosial şəbəkələrdə belə insanların hədəfi olmuşam. Şəklimi qoyub nə gəldi yazırlar. Sonra başlayırar təhqir kampaniyasına. Xaricdə oturmuş, özünə siyasi blogerlər deyən antimilli ünsürlər belə şeylər edirlər. Türkiyədə bu mənada qanunlar sərtdir. Böhtan atan adamları 3 ilədək həbs cəzası gözləyir”.

Deputat dezinformasiya yayan sosial şəbəkələrlə bərabər, saytlara da iradını bildirib. Elman Nəsirov hesab edir ki, xəbər saytları bəzən ucuz yola gedir, oxucu qazanmaq istəyirlər: “Saytlar sosial şəbəkələrlə müqayisədə özülərini daha adekvat aparırlar. Eyni zamanda, xəbər platformalarının da yalan informasiyaları yaymaqda maraqlı olması diqqətdən yayınmır. Belə informasiya yayan saytların bir müddət oxucusu ola bilər. Amma sonra bilirsiniz nə baş verir? Məşhur bir deyim var ki, yalançının evi yandı, heç kim ona inanmadı. Bir vaxtı nəyisə düz desə də, insanlar deyəcək ki, əşi, yalandır. Qısamüddətli “taktiki uduş” əldə edə bilirlər, amma strateji baxımdan o sayt özü öz evini yıxmış olur. Heç kəs belə saytları ciddi xəbər mənbəyi hesab etmir”. Parlament üzvü Türkiyədəki kimi sosial media ilə bağlı həbslərin mümkünlüyü sualına isə belə cavab verib: “Türkiyə NATO ölkəsidir. Dünyanın mühüm güc mərkəzlərindən biridir. Türkiyə kifayət qədər demokratik dövlətdir. Bu qədər mühüm göstəricilərə malik olan dövlətdə bu addım atılırsa, hesab edirəm ki, oxşar addımların Azərbaycanda atılması istisna olmamalıdır”.

Tacxeber.az

Oxşar xəbərlər