• 27 İyul 2024 04:16

Hava ilə bağlı XƏBƏRDARLIQ: Temperatur düşəcək, qar yağacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ: Tempratur düşəcək, qar yağacaq

Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək, yağış və qar yağacaq.

Tacxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisındə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 20-si axşamdan 22-dək 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Tacxeber.az

Oxşar xəbərlər