• 27 İyul 2024 04:52

NATO Kiyevi dron əleyhinə sistemlərlə təmin edəcək

NATO Kiyevi dron əleyhinə sistemlərlə təmin edəcək

NATO Kiyevi dron əleyhinə sistemlərlə təmin edəcək

NATO yaxın günlərdə Kiyevi pilotsuz uçuş aparatları (PUA) ilə təmin edəcək.

Tacxeber.az xarici mətbuata istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumunda çıxışı zamanı bildirib.

Stoltenberq Kiyevi vəd edilmiş hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdən əlavə, həm də bu tip texnikanın təchizatını artırmaq lazım olduğunu bildirib.

Xatırladaq ki, İran Rusiyaya ballistik raketlər və pilotsuz aparatlarla təmin edəcəyi yayılan məlumatlar arasında idi.

İranın Rusiyanı 300- 700 km-ə qədər məsafədəki hədəfləri vura bilən “Fateh-110” və “Zolfaghar” qısa mənzilli silahlarla təmin edəcəyi bildirilirdi.

Kremlin sözçüsü Dmitri Peskov isə öz növbəsində hərbi əməliyyat zamanı Rusiya ordusunun İran pilotsuz təyyarələrinin alınması və istifadəsi ilə bağlı məlumatları qətiyyətlə rədd edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Rusiya-Ukrayna münaqişəsinin iştirakçılarından hər hansı birini dəstəkləməyi düzgün hesab etmir.

O, Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişlərin mövcudluğunu inkar etməyib. Nazir bu sazişlərin silah və ya hərbi texnikanın tədarükünə aid olmadığını vurğulamışdı.

Tacxeber.az

Oxşar xəbərlər