• 14 İyul 2024 05:22

Putin Ukraynanı Rusiya ərazilərini atəşə tutmaqda ittiham edib

Putin Ukraynanı Rusiya ərazilərini atəşə tutmaqda ittiham edib

Kiyev rejimi danışıqlardan imtina edib, Rusiyanın yeni ərazilərini atəşə tutmağa davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirilən müşavirədə bildirib.

Ukraynanın Rusiya birləşdirilən ərazilərində hərbi vəziyyətin tətbiq olunması ilə bağlı fərmanı imzaladığını elan edən Putin qeyd edib ki, rəsmi Kiyev danışıqlardan imtina edib: “Yeni regionların Rusiyaya birləşdirilməsi barədə referendumun nəticələri qüvvəyə minib. Lakin Kiyev rejimi həmin regionların iradəsini tanımayıb, danışıqlardan imtina edib, Rusiyanın yeni ərazilərini terrorçu metodlarla atəşə tutmağa davam edir”.

Qeyd edək ki, “DXR”, LXR”, Xerson və Zaporojyedə hərbi vəziyyət oktyabrın 20-dən tətbiq olunacaq.

Oxşar xəbərlər