• 27 İyul 2024 08:25

Alimlərdən QORXULU PROQNOZ: “Bu viruslar yeni pandemiyaya səbəb ola bilər”

Alimlərdən QORXULU PROQNOZ: “Bu viruslar yeni pandemiyaya səbəb ola bilər”

Alimlərdən QORXULU PROQNOZ: “Bu viruslar yeni pandemiyaya səbəb ola bilər”

Qlobal istiləşmə yaxın illərdə yeni pandemiyalara səbəb ola bilər.

Tacxeber.az bildirir ki, bununla bağlı Kanadanın Toronto və Ottava Universitetinin tədqiqatçıları araşdırma aparıb.

Arktika bölgəsindəki Hazel gölünün ətrafından götürülmüş torpaq və su nümunələrini araşdıran tədqiqatçılar, buzlaqlarda donmuş bakteriya və virusların qlobal istiləşmənin təsirləri ilə təbiətə daha çox daxil olduğunu aşkar ediblər. Elm adamları bildiriblər ki, buzlaq sularının əriməsi torpaqda daha çox çöküntü əmələ gətirir, virusların torpaq səthində qalaraq yeni məkanlar tapma ehtimalını artırır.

“Proceedings of the Royal Society B: Biological Sciences” adlı elmi jurnalda dərc edilən araşdırmada, aşkarlanan virusların mövcud olduqları məkanlarla birlikdə təkamül yolu ilə keçdiyi vurğulanıb və qeyd olunub ki, hazırkı vəziyyətdə pandemiya ehtimalı çox aşağıdır. Mütəxəssislər həmçinin bildiriblər ki, havanın temperaturu artdıqca əvvəllər yaşayış olmayan ərazilərdə insan və ya vəhşi heyvanların sayının artımı da təhlükəli risk yaradacaq. “Mümkün viruslar cüzi təsirə də malik ola bilər,  təhlükəli pandemiyaya da çevrilə bilər. Bunu qabaqcadan təxmin etmək olmur”, deyə jurnalda qeyd edilib.

Tacxeber.az

Oxşar xəbərlər