• 27 İyul 2024 04:00

İranın Azərbaycanla sərhədindəki təlimdə FACİƏ: Ölənlər var

İran ordusunun Azərbaycanla sərhəddə, Araz sahilində keçirdiyi hərbi təlim zamanı faciə baş verib.

Tacxeber.com  Mouze teleqram kanalına istinadən xəbər verir ki, İranın Araz ətrafına daşıdığı hərbi texnika qəzaya düşüb.

Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxıb.

Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın daha bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirib.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.

Tacxeber.com

Oxşar xəbərlər